Çin hökuməti Pekin Olimpiadasına gələn xarici nümayəndə heyətlərinin üzvləri arasında 72 nəfərin koronavirusa yoluxduğunu müəyyən edib.

Bu barədə Pekin Olimpiadasının Təşkilat Komitəsinin dərc olunmuş məlumatında deyilir.

Belə ki, yanvarın 4-ü yerli vaxtla saat 00:00-dan 22 yanvar saat 23:59-dək Çinə 2 586 nümayəndə heyətinin üzvü gəlib, onlardan 171-i idmançı və rəsmi şəxslər, 2 415-i isə digər maraqlı tərəflərin nümayəndələrdir.

İstinadlar Report