Çin hakimiyyəti Filippin vətəndaşlarının Pekinin qanunsuz hesab etdiyi mübahisəli Tieksian rifinə (Send-Key, Nanşa adaları) enməsini qeydə alıb.

Bunu Çinin Sahil Mühafizəsi İdarəsinin rəsmi nümayəndəsi Lyu Deçzjun bildirib.

“Aprelin 27-də altı Filippin vətəndaşı Çin tərəfinin xəbərdarlığına baxmayaraq, qanunsuz olaraq Tesyan rifinə enib”, o, Sahil Mühafizəsi İdarəsinin “WeChat” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Qeyd edilir ki, Çinin dəniz polisinin əməkdaşları “bu qayalıqda hüquqi araşdırma aparıb”. Bəyanatda vurğulanır ki, Pekin “Nanşa adaları və onlara bitişik sular, o cümlədən Tieksian rifi üzərində mübahisəsiz suverenliyə malikdir”.

İstinadlar Report