Seçki bülletenlərinin 100 %-nin hesablanmasının nəticəsinə əsasən solçu “Azad Peru” Partiyasından namizəd prezidentliyə namizəd Pedro Kastilyo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Bu barədə yerli “El Comercio” qəzeti bildirib.

Məlumata görə, Kastilyo 50,125 % seçici səsi yığıb. Onun rəqibi, Perunun sabiq prezidenti Alberto Fuhimorinın qızı Keyko Fuhimori 49,875 % səs toplayıb. Kastilyonu mühafizəkarların seçkilərdəki namizədi Fuhimirodan təxminən 44 min səs ayırıb.