PDF formatlı faylların şifrlənmə sistemində kritik boşluq aşkar edilib. Bu haqda kibertəhlükəsizlik üzrə alman ekspertləri məlumat veriblər. Söhbət kənar alətlərdən istifadə nəticəsində şifrləmədən deyil, PDF standartına inteqrasiya edilmiş müdafiədən gedir. Mütəxəssislər aşkar edilmiş boşluq əsasında “”PDFex” adlandırılmış hücum modeli hazırlayıblar.

Aşkar edilmiş boşluğu araşdırmış alman hakerləri onun mümkün istifadəsi üzrə iki üsul tapıblar. Onlar praktik sınaqlar zamanı “Adobe Acrobat”, “Foxit Reader”, “Nitro” proqramları, “Chrome” və “Firefox” brauzerlərində PDF formatlı fayllara baxış üçün inteqrasiya edilmiş vasitələr daxil olmaqla PDF fayllarının oxunması üçün 27 proqrama müdaxilə ediblər. Bütün hallarda onlar şifrlənmiş hesab olunan məlumatları əldə etməyə nail olublar.

Emil Hüseynov

İstinadlar ict news