Bakıda 19 yaşlı gənc yol qəzasında xəsarət alıb.

Hadisə Nizami rayonunda qeydə alınıb. 2003-cü il təvəllüdlü Hüseynzadə Məhəmməd Fəqan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İstinadlar Report