Ermənistanın Baş Naziri Nikol Paşinyanla Çiçəklənən Ermənistan Partiyasının sədri, milyader Qaqik Sarukyan arasında gərginlik artır, fikir ayrılığı dərinləşir.

Bu barədə “Jamanak” məlumat yayıb.

Bildirilib ki, hakimiyyət Sarukyanın mülkiyyətini təftiş etmək niyyətindədir: “Sahibkar isə Ermənistanda mülkiyyətin yenidən bölüşdürülməsinin ondan başlaya biləcəyi narahatdır”.

Sarukyan mülkiyyətinin təhlükə ilə üzləşəcəyindən qorxur.

Bildirilib ki, bu kimi səbəblərdən Nikol Paşinyanla müxalifət lideri Sarukyan arasında son görüşdən sonra münasibətlər normallaşmaqdansa, daha da gərginləşib.

İstinadlar Report