Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb.

Bu barədə KTMT Katibliyindən məlumat verilib.

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı Nikol Paşinyanın fikirləri, görünür, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, – KTMT qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib ki, ölkəsinin Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.