Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində müstəqil iştirak edəcək və digər siyasi qüvvələrlə blok yaratmayacaq.

Bunu hakim “Mənim addımım” blokunun lideri Lilit Makunts bu gün keçirilən brifinqdə deyib.

Parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət fraksiyaları Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

İstinadlar Report