Ermənistanın paytaxtı Yerevanın Baqramyan prospektində qurulmuş çadır düşərgəsində bu ölkənin baş naziri Nikol Paşinyanın təxminən iki yüz əleyhdarı gecələyir.

Bu barədə “RİA Novosti” agentliyi bildirib.

Onlar düşərgələr üçün yer kimi parlament binası hasarının yaxınlığındakı yolun bir hissəsini seçiblər. Cümə günü səhər deputatlar ölkədəki vəziyyəti müzakirə etmək üçün iclasa toplaşacaqlar.

Müxalifət tərəfdarları burada beş böyük və bir neçə kiçik çadır qurublar. Onlar qızınmaq üçün tonqallar qalayıblar. Çadırların ətrafında tədarük edilmiş odunlar, qablaşdırılmış su və zibil yığılıb.

İstinadlar Report