Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları bu gün paytaxt İrəvanda etiraz aksiyası keçirəcək.

Bu barədə jurnalist Nairi Oxikyan bildirib.

O, qeyd edib ki, müxalif qüvvələr hökumət başçısı əleyhinə etirazları davam etdirəcəklər. Məlumata görə etiraz aksyası “Respublika” meydanında, axşam saatlarında təşkil olunacaq.

İstinadlar Report