Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopteri Lori vilayətində Vanadzor stadionuna təcili enişedib.

Bu barədə məlumatı “Haykakan Jamanak” yayıb.

İlkin məlumata görə, Paşinyan Taşir şəhərinə səfərə yollanırmış.

***

“Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.

Helikopterinin təcili enişinə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu öz hesabında paylaşıb.

“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, – o əlavə edib