Ermənistan parlamentinin hakim fraksiyası “Mənim addımım” parlamentin buraxılması və erkən seçkinin keçirilməsi proseduruna başlamaq üçün Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə fraksiyanın rəhbəri Lilit Makunts bildirib.

Xatırladaq ki, bir qədər öncə, Paşinyan ölkədə növbədənkənar parlament seçkisinin keçirilməsi üçün istefa verib. O, hazırda baş nazir vəzifələrini icra etməyə davam edir.

İstinadlar Report