Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair şərtlərini açıqlayıb.

Paşinyan bu barədə teleqram kanalında paylaşım edib.

Onun təkliflərinə aşağıdakılar daxildir:

-eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina;

-Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən delimitasiya təcrübəsi əsasında delimitasiya prosesini davam etdirilməsi;

– 90 faiz hazır olan sülh müqaviləsinin imzalanması;

– “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi;

– atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiq edilməsi;

– itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq;

– qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina edilməsi;

– sülh müqaviləsinin müddəalarının tam və effektiv həyata keçirilməsi üzərində işləmək;

– silahlara qarşılıqlı nəzarətə dair danışıqlar mexanizminin formalaşdırılması;

– sülhə nail olduqdan sonra birgə ekspert komissiyası yaratmaqla hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək;

– ATƏT-in Minsk Qrupunun buraxılması.