Ermənistanın Baş naziri Nikol Paşinyan Mnatsakan Səfəryanı xarici işlər nazirinin müavini vəzifəsinə təyin edib.

Erməni baş nazir bununla əlaqədar müvafiq sərəncam imzalayıb. Sənədin mətni Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Səfəryan bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Departamentinin rəhbəri vəzifəsində çalışıb.