Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Silahlı Qüvvələrin digər yüksək vəzifəli nümayəndələri koronavirusa yoluxub.

Bu barədə məlumatı ölkənin “İctimai” telekanalı yayıb.

Sözügedən şəxslərin koronavirusa yoluxması səbəbindən Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü ilə əlaqədar yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da yenidən koronavirusa yoluxub.