Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

Bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu”, – Paşinyan deyib.

Bu halda “Vətəndaş müqaviləsi” Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

İstinadlar Report