Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti yayıb.

Bildirilir ki, Paşinyan söhbət zamanı mayın 22-si Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə keçirilən görüşü müsbət qiymətləndirib.