
Xəbər verdiyimiz kimi, Ermənistanda etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın “Elk” parlament fraksiyası tərəfindən rəsmi olaraq baş nazir postuna namizədliyi irəli sürülüb.
Yerli vaxtla 17:00-a qədər başqa namizədlik irəli sürülmədiyi üçün üçün Paşinyanın səsverməyə yeganə namizəd kimi çıxacağı dəqiqləşib.
Qeyd edək ki, 105 deputatın yer aldığı Ermənistan parlamentində 53 deputat Paşinyanı dəstəkləyərsə, yeni baş nazir o olacaq.