Yaxın vaxtlarda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar gərgin mübarizəyə başlayacaqlar. 

Bu barədə etirazlara rəhbərlik edən Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.

“Gününü, vaxtını və yerini tezliklə açıqlayacağım mitinq zamanı yol xəritəsini təqdim edəcəyik, ondan sonra bizi istənilən nəticəyə aparacaq gərgin mübarizə başlayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 9-da Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası əleyhinə mitinqlər başlayıb. Sonra minlərlə insan İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıb və onların tələblərindən biri hazırkı Baş nazir Nikol Paşinyanın istefası olub.

İstinadlar Qafqazinfo