Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıqla bağlı bir qrup fəal parlamentə müraciət edəcək.
Bu barədə “Aysor” məlumat yayıb.
Bildirilib ki, bu, “Birgə” hərəkatının üzvlərinin təşəbbüsü ilə baş tutacaq. Onlar N.Paşinyanı satqınlıqda ittiham edirlər.
Təşəbbüsçülər artıq vətəndaşlara müraciət edib və onları mitinqə çağırıblar.