Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.

Bunu Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

“Biz erməni “soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”, – Paşinyan bildirib.

İstinadlar Report