Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Tərəflər sülh müqaviləsi sazişinin layihəsini müzakirə ediblər.

Paşinyan Rubionu Azərbaycanla danışıqlar prosesi ilə bağlı məlumatlandırıb və qeyd edib ki, sənəd imzalanmasını gözləyir. 

Görüşdə Ermənistan-ABŞ strateji tərəfdaşlığı və regional gündəm məsələlərinə də toxunulub.