“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesini bu ölkədə keçirilən seçkilərdən sonra da davam etdiriləcəyinə ümid edir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrası ilə bağlı dinləmələr zamanı deyib.

“Ümid edirik ki, Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra Türkiyə ilə münasibətlərin normallaşması prosesini həmişəki kimi davam etdirə biləcəyik”, – Paşinyan bildirib.