Bu ilin oktyabr ayında ölkədə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mitinqdə çıxışı zamanı deyib.

“2015-ci ildə qəbul edilən və 2018-ci ildə qüvvəyə minən Konstitusiya bizim üçün çoxlu sayda çatışmazlıqlar aşkar etdi, bunlar da böhran vəziyyətləri üçün risklər yaradır. Hesab edirik ki, yarıprezident formasına keçmək ən yaxşı variantlardan biridir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir.