44 günlük müharibədəki məğlubiyyətindən sonra Ermənistanda istefası tələb edilən və getdiyi hər yerdə ictimaiyyətin, müxalifətin sərt reaksiyası ilə qarşılaşan Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasına zirehli jiletlə qatılıb.

Bu barədə erməni politoloq Robert Makaryan məlumat yayıb. O, Baş naziri “zirehli jilet geyinən qorxaq” adlandırıb.

“Parlamentdəki sual-cavabda “Ali qorxaq” zirehli pencək geyinir? Videonu izləyərək bunu görə bilərsiniz”, – deyə siyasətçi bildirib.