Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 1-2 iyun tarixlərində Parisə, daha sonra isə Brüsselə səfər edəcək.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla, Fransa parlamentinin sədri Rişar Ferranla, daha sonra isə Senatın spikeri Jerar Larşe ilə görüşəcək.

Erməni Baş nazir Brüssel səfərində isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə, Belçikanın Baş naziri Aleksandr de Kro ilə danışıqlar aparacaq.

İstinadlar Qafqazinfo