Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa Şurasının Baş katibi Alen Berse arasında telefon danışığı baş tutub.
Bu barədə “News-am” məlumat yayıb.
Bildirilib ki, Paşinyan söhbət əsnasında Alen Berse ilə Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.
Bundan başqa, tərəflər Ermənistanın Avropa Şurası ilə əməkdaşlığını da müzakirə ediblər.