
Ölkənin alkoqollu məhsullarını konyak adlandırmaq olmaz.
Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, son yüz ildə etiketlərin üzərində “konyak” yazılır.
“Konyak Fransanın qeyri-maddi dəyəridir. Erməni konyakı deyil – erməni brendi deməliyik”, – o bildirib və əlavə edib ki, hətta ailələrdə də konyakı brendi adlandırmaq lazımdır.
Baş nazirin sözlərinə görə, əgər yeni ad düşünüb tapmaq alınmırsa, “brendi” adı ətrafında nə isə fikirləşmək lazımdır.