“Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan almalı olduğu yüz milyonlarla dollar dəyərində silahı almayıb:

“Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”.