Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı vəzifəsindən azad etmək niyyətindədir.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Paşinyan bu vəzifəyə MTX rəhbərinin müavini Andranik Simonyanı təyin etməyi planlaşdırır.

Paşinyan xidmətin hazırkı rəhbərinə etibar etmir və artıq uzun müddətdir ki, Abazyana verdiyi göstərişləri Simonyana da verir. MTX rəhbəri Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmir, onları Simonyan həyata keçirir.

İstinadlar Report