Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona dezinformasiya verildiyini açıqlayıb.

Bu barədə Ermənistanın baş nazirinin Mətbuat xidməti məlumat yayıb.

“Faktları təhlil edərək belə qərara gəldim ki, “İsgəndər”lə bağlı mənə yanlış məruzə ediblər”, – N.Paşinyan deyib.

Onun sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur.