Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağı və ratifikasiya etməyi təklif edib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Sülh müqaviləsinin 17 maddəsindən 13-ü, eləcə də giriş hissəsi tam razılaşdırılıb. 3 maddə qismən razılaşdırılıb. Elə maddə var ki, onun mətni böyük ölçüdə razılaşdırılıb. Biz bütün bu maddələri sülh müqaviləsi kimi imzalamağı təklif edirik. Dünən təklifimizi rəsmi Bakıya təqdim etdik”, – Paşinyan onlayn mətbuat konfransında deyib.

İstinadlar Report