“2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanın sərhədlərinə çəkilib. Bu addım yeni hərbi gərginlikdən qaçmaq üçün atılıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bununla da sovetdən qalma inzibati sərhəd dövlət sərhədinə çevrilib: “Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının bildiyi trafertlər və dayaq məntəqəsi yaradılıb”.

İstinadlar Report