
“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib”.
Ermənistanın ’Hraparak’ nəşri yazır ki, Paşinyan Konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir: “Ola bilsin, məhz buna görə Baş nazir Konstitusiya islahatları Komissiyasına yeni Konstitusiyanın konsepsiyasını 2026-cı ilin dekabrında Milli Assambleyaya keçiriləcək seçkilərdən sonra təqdim etməklə bağlı göstəriş verib”.