Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Onun gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü baş tutacaq. Daha sonra hökumət başçıları Gürcüstan və Ermənistanın futbol üzrə milli komandalarının Tbilisidə keçiriləcək cavab qarşılaşmasını birgə izləyəcəklər.