Estoniya Prezidenti Alar Karis Ermənistan baş naziri Nikol Paşinyanla Bakı və İrəvan arasında sülh sazişinin imzalanması məsələsini müzakirə edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
N.Paşinyan qeyd edib ki, Ermənistan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün Estoniyanın davamlı dəstəyini yüksək qiymətləndirir.
Estoniya Prezidenti bildirib ki, səfər çoxtərəfli münasibətlərin gələcək inkişafına yeni təkan verəcək.