Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb.

Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb.

“Tərk edəcəyik. Bunun nə zaman olacağına qərar verəcəyik. Bəs siz nə düşünürsünüz? Növbəti addım nədir? Düşünürsünüz ki, geri qayıdacağıq? Xeyr, başqa yoxdur. Narahat olmayın, geri qayıtmayacağıq”, – deyə Baş nazir müxalif deputatların Ermənistanın niyə KTMT-ni tərk etmədiyinə dair iradlarına cavabında bildirib.

İstinadlar Qafqazinfo