“Təəssüflər olsun ki, statistika olmasa belə, adi gözlə baxanda da Ermənistanda cinayət nisbətinin artması görünür”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bildirib.
“Bəzən vəziyyət Ermənistan vətəndaşı üçün təhlükəli olur. Məsələn, uşaqlarımı evdən yola salanda, əvvəlkindən bir az daha çox narahat oluram. Gündən-günə cinayətlərin sayı artır – yol qəzaları, silahlı basqınlar. Hökumət ciddi təhlil və müzakirələrlə məşğuldurmu? Bəlkə daha geniş müzakirələrə ehtiyac var? Bu problemin həlli üçün səylər göstərilirmi? Bu problemin kadr, sistem xarakterli olması mümkündürmü?”, – deyə o qeyd edib.