
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan höküməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə Prezidentinə və xalqına başsağlığı verib.
Paşinyan erməni xilasedicilərin təyyarəsinin İrəvan aeroportunda uçuşa hazırlandığını qeyd edib.