
“Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə və Suriyaya yardım göstərməyə hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz hesabında yazıb.
“Türkiyə və Suriyada çox sayda insanın həlak olması ilə nəticələnən dağıdıcı zəlzələ barədə xəbər məni kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Ermənistan kömək göstərməyə hazırdır”, – deyə Paşinyan qeyd edib.