Ermənistan ayrıcı xətlərə, süni maneələrə və qapalı sərhədlərə qarşı çıxır.

Bunu Pekində Asiya Sivilizasiyalarının Dialoqu Konfransında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“XXI əsrdə bu anlayışlar absurddur, lakin bizim qonşularımız ayırıcı xətlər, maneələr və qapalı sərhədlər saxlamağa davam edirlər. Bununla da təhlükəsizliyimiz üçün problemlər yaradırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi səbəbindən Azərbaycan və Türkiyə bütün regional layihələrdən İrəvanı təcrid edib və bu da işğalçı ölkənin inkişafına imkan vermir.

İstinadlar tərcümə axar.az