Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb.

Irəli sürülən təklif ölkənin Hərbi Polis rəisi, polkovnik Artur Baqdasaryanın və Silahlı Qüvvələrin Mənəvi-psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılmasından bəhs edir.

Qeyd olunub ki, Prezident Armen Sarqsyanın təklifi imzalamaq üçün 3 gün müddəti var.

Xatırladaq ki, erməni mətbuatında son zamanlar Ermənistan ordusunda baş vermiş ölüm hadisələri ilə əlaqədar Hərbi Polis rəisi Artur Baqdasaryanın istefaya göndərilməsi barədə xəbərlər yayılmışdı.

İstinadlar Report