Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. 

Bu barədə məlumatı “Azatutyun” yayıb. 

Bildirilir ki, Paşinyan Bağanis (Bağanıs Ayrım) kəndində yerli məktəbdə görüş keçirəcək. 

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə heç kəsi buraxmır. Polislər binaya daxil olmağa nail olan erməni jurnalist Ani Gevorkyana qarşı güc tətbiq edərək onu məktəbdən çıxarıb. 

Paşinyanın Bağanisdən sonra Berkaber (ER) – Qızılhacılı (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR) və Kirants (ER) – Xeyrımlı (AR) kəndlərinə səfər edib-etməyəcəyi hələ məlum deyil. 

Xatırladaq ki, mayın 24-də Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

İstinadlar Qafqazinfo