
Ermənistan Azərbaycanla münasibətlərlə bağlı bütün məsələlər üzrə konstruktiv həllər təklif edib.
“Ermənistanın həyata keçirdiyi balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət özünün ilkin hüduduna çatır”, – baş nazir bildirib.
N.Paşinyan Türkiyə ilə görünən qarşılıqlı anlaşma bazasının formalaşdığını qeyd edib.
Rusiya ilə münasibətlərə toxunan baş nazir bildirib ki, bu münasibətlər daha praktikdir: “Ermənistan onları qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyi hədəfləyir. İranla əməkdaşlıq isə təbii maraqlara əsaslanır. Bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və münasibətlərin sabitliyinin təminatıdır”.