Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyini qeyri-mümkün adlandırıb.

Bu barədə o, mətbuat konfransında bildirib.

“Siz necə təsəvvür edirsiniz ki, məsələn, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən?”, – baş nazir deyib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutan Ermənistanın Sünik bölgəsində kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirmişdi.

İstinadlar Report