
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir N.Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinə toxunub və Ermənistanın sülh gündəliyinə sadiqliyini, sazişi imzalamağa hazır olduğunu vurğulayıb.