Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.

Bu barədə hökumətin bəyanatında bildirilib.

Baş nazir A.Koştanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.

N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

İstinadlar Report