Suriyanın İdlib vilayətində döyüş təyyarələrinin xarabalığa çevirdiyi binadan 1 aylıq Hamidə körpə sağ xilas edilib. Mülki müdafiə məmur Əbu Kilfe xarabalıqdan çıxardığı körpəni təcili yardıma çatdırarkən göz yaşlarına boğulub

Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın intensiv hava hücumlarına hədəf olan İdlibdə bombalanan binanın xarabalığından 1 aylıq körpə sağ çıxarılıb.
Ölkənin şimal-qərbində müxalif qrupların nəzarətindəki İdlibə təşkil olunan şiddətli hava hücumlarında səhərə yaxın 5 mərtəbəli yaşayış binası bombalanıb. Xilasedicilər rejimin, ya da rus təyyarələrinin vurduğu binanın dağıntıları altından 7 nəfərin cansız bədənini tapıb.
Xİlasetmə zamanı dağıntılar altında bir aylıq körpə də tapılıb.
Etiyatla aparılan xilasetmə işləri nəticəsində körpəni dağıntılar altından sağ çıxarmaq mümkün olub. Körpə təcili tibbi yardım maşınıyla səhra xəstəxanasına çatdırılıb.
Mülki müdafiə briqadalarının adının Həmidə Matuk olduğu müəyyən edilən uşağın ailəsinin isə dağıntı altında qaldığı və ya ölənlər arasında olduğu güman edilir.
Körpəni dağıntılar altından çıxararaq təcili yardıma aparan və təcili xidmətdə xərəyə qoyana qədər qucağından buraxmayan mülki müdafiə məmur Əbu Kilfe göz yaşlarına boğulduğu anları belə izah edib:
“Onu dağıntının dördüncü mərtəbəsində fərq etdik. Yaşayırdı. Allahın izni ilə xarabalıqların içindən iki saatdan sonra salamat çıxarmağı bacardıq. Bir aylıq körpədir, ölə də bilərdi. Allaha şükür ki, ağır bir yarası yox idi. Onu görəndə qızım ağlıma gəldi və qızım kimi görüb qucağıma aldım. İfadə edilməsi çox çətindir…”