Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Cəbrayıl rayonunda ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olublar.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisi İdris İsmayılov ərazidə aparılan işlərlə bağlı iştirakçılara geniş məlumat verib.

Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna səfərə yola düşüblər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

İstinadlar Report