
Fransa prezidenti Emmanuel Makron müharibəni həm də üçüncü müddətə seçilə bilmək imkanını təmin etmək üçün istəyir.
Bu barədə “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo bildirib.
Onun sözlərinə görə, Makron Fransanı dialoq, sülh və rifahdan təcrid edib.
“O, bizi inkişafdan, sülhdən, dialoqdan və rifahdan təcrid edib, sonra isə siyasi partiyalara bunu müzakirə etməyi təklif edib. Əlbəttə ki, o müharibə aparmaq istəyir. Bunun bir çox səbəbi var, xüsusilə də xaosda üçüncü müddəti əsaslandırmaq üçün”, – partiya lideri qeyd edib.
O xatırladıb ki, Rusiya və ABŞ münasibətlərinin yaxşılaşmağa başladığını elan etdikdən dərhal sonra Makron Rusiyanı “ekzistensial təhdid” adlandırıb.
Filippo qeyd edib ki, Makronla görüşdə iştirak etməyə razılıq verən siyasi partiyalar “bu dəliliyin və olduqca təhlükəli ssenarinin” iştirakçılarına çevriləcək.
Xatırladaq ki, ötən gün Makronun təşəbbüsü ilə Parisdə bir sıra Avropa liderlərinin Ukrayna ilə bağlı qeyri-rəsmi sammiti keçirilib. Görüş heç bir yekun bəyanat verilmədən başa çatıb.